Gədəbəydə 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB - TƏFƏRRÜAT

Gədəbəydə 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB - TƏFƏRRÜAT Gədəbəy. 14 may. REPORT.AZ/ Gədəbəy rayonunda 9 yaşlı uşağın çayda boğulmasının təfərrüatı məlum olub.
Hadisə
14 May , 2018 10:17
Gədəbəydə 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB - TƏFƏRRÜAT
Report
0 : 00
0 : 00

Gədəbəy. 14 may. REPORT.AZ/ Gədəbəy rayonunda 9 yaşlı uşağın çayda boğulmasının təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobankənd kəndində İsaq Əliyev öz nəvəsi ilə birgə avtomobillə çayın qarşı tərəfinə keçmək istəyən zaman avtomobilin mühərriki sönüb. İ.Əliyevı maşından düşərək mühərriki işə salmağa çalışıb. Bu zaman avtomobildə olan nəvəsi, H.Əliyev avtomobilin qapısını açaraq çaya düşüb. Çayda su gur olduğundan sel uşağı aparıb. Baba nəvəsini xilas etmək istəyən zaman axan su onu da aparmağa başlayıb. H.Əliyev suda boğulub, İ.Əliyev isə ağır xəsarət alıb. 

Yaxınlıqdakı insanlar tərəfindən hər iki şəxs sudan çıxarılıb. Huşsuz vəziyyətdə olan İ.Əliyev xəstəxanaya çatdırılıb. O, Bakı şəhərindəki özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır.


***9:10

Gədəbəy. 14 may. REPORT.AZ/ Gədəbəy rayonunda 9 yaşlı uşaq çayda boğulub.

“Report”un Qərb bürosunun xəbərinə görə, 2009-cu il təvəllüdlü Hüseyn Əliyev babası ilə çayı keçmək istəyərkən suya düşüb.

Nəticədə H.Əliyev boğulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi