Gədəbəydə 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Gədəbəydə 2 avtomobil toqquşdu, xəsarət alanlar var Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 Sentyabr , 2020 21:49
Gədəbəydə 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Arıqdam-Gədəbəy şəhər magistral yolunda qeydə alınıb.

"VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər, Gədəbəy rayon sakinləri - 1989-cü il təvəllüdlü Əliyev Elnur Yunis oğlu, 1977-ci il təvəllüdlü Şahnaz Məhəmməd qızı Əsədova, 1996-cı il təvəllüdlü Nurlan İsa oğlu İmamquliyev və Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Samir Fikrət oğlu Tanrıverdiyev müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparılıb və tibbi yardım göstərilib.

Qəzanın başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi