Füzulidə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi

Hadisə
  • 29 may, 2020
  • 21:24
Füzulidə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi

Füzuli rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Güzlək kəndində qeydə alınıb.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü Zeynalov Dadaş Sadiq oğlu xəsarət alıb. 

Yaralı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Ona kəllə-beyin travması, beyin silkələnməsi və daxili qanaxma diaqnozu qoyulub.

Hazırda xəstənin müalicəsi davam etdirilir.