Füzulidə minik maşını “Təcili yardım”la toqquşub, 7 yaşlı uşaq ölüb - VİDEO - YENİLƏNİB

Füzulidə minik maşını “Təcili yardım”la toqquşub, 7 yaşlı uşaq ölüb - VİDEO - YENİLƏNİB Daha iki nəfər yaralanıb
Hadisə
27 Avqust , 2018 17:56
Füzulidə minik maşını “Təcili yardım”la toqquşub, 7 yaşlı uşaq ölüb - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Video əlavə olunub


***15:28

Füzuli. 27 avqust. REPORT.AZ/ Füzuli rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində 7 yaşlı Rusif Namazlı hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Polis faktla bağlı araşdırma aparır.


*** 14:50

Füzuli. 27 avqust. REPORT.AZ/ Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub. 

Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun kənarındakı çökəkliyə düşüb, "Mercedes"də olan azyaşlı uşaq  hadisə yerində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi