Füzulidə məcburi köçkündən odlu silah götürülüb

Füzulidə məcburi köçkündən odlu silah götürülüb Silahın sənədləri olmayıb
Hadisə
6 Yanvar , 2018 01:46
Füzulidə məcburi köçkündən odlu silah götürülüb

Füzuli. 6 yanvar. REPORT.AZ/ Füzuli rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünün evində sənədləri olmayan ov tüfəngi aşkar edilib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Cəbrayıl rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində rayon sakini Eldəniz Zamanovdan sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi