Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb Füzuli rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Hadisə
28 yanvar 2023 04:33
Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Füzuli rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mehdiyev Şəmistan Əliyar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi