Füzulidə avtomobillə vurulan kişinin ayağı sınıb

Hadisə
  • 03 mart, 2022
  • 22:50
Füzulidə avtomobillə vurulan kişinin ayağı sınıb

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.

Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Mirzəyev Novruz Nəsib oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.