Florida sahillərində təyyarə okeana düşüb, pilot ölüb

Florida sahillərində təyyarə okeana düşüb, pilot ölüb Kiçikölçülü Cessna Citation V təyyarəsinin cümə günü ABŞ-ın Florida ştatının shillərində Atlantik okeanına düşməsi nəticəsində azı bir nəfər ölüb.
Hadisə
25 May , 2019 11:26
Florida sahillərində təyyarə okeana düşüb, pilot ölüb

Kiçikölçülü "Cessna Citation V" təyyarəsinin cümə günü ABŞ-ın Florida ştatının shillərində Atlantik okeanına düşməsi nəticəsində azı bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə TASS ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) "Twitter" hesabına istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, biznes-jetdə yalnız pilot olub.

Qəza təyyarə İllinoysdan Floridaya uçan zaman Fort Loderdeyl limanından, təxminən, 200 km aralıda baş verib. FAA-nın məlumatına görə, dispetçerlər qəzadan, təxminən, bir saat əvvəl təyyarə ilə əlaqəni itiriblər.

"The New York Times" qəzetinin verdiyi məlumata görə, "Cessna" dispetçerlərin sorğularına cavab vermədikdən sonra hərbçilər iki "F-15" qırıcısını ona doğru istiqamətləndirib. "F-15"lər yaxınlaşması ilə "Cessna" kəskin şəkildə aşağı düşməyə başlayıb və okeana çırpılıb. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığından təyyarəyə doğru atəş açılmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi