FHN Xızıdakı yanğınla bağlı məlumat yaydı

FHN Xızıdakı yanğınla bağlı məlumat yaydı Fövqəladə Hallar Nazirliyi (FHN) Xızıda baş verən yanğınla bağlı məlumat yayıb.
Hadisə
27 Avqust , 2020 14:40
FHN Xızıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Xızıda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən "Report"a daxil olan məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir".

Son xəbərlər

Orphus sistemi