FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb - FOTO

Hadisə
  • 09 yanvar, 2020
  • 22:43
FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

“Report” FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

“Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.

Foto: Orxan Rasifoğlu