Bakıda yaşayış binasında yanğın olub, birinci və ikinci mərtəbələrə ziyan dəyib - YENİLƏNİB - FOTO

Bakıda yaşayış binasında yanğın olub, birinci və ikinci mərtəbələrə ziyan dəyib - YENİLƏNİB - FOTO Yanğın nəticəsində xəsarət alan olmayıb
Hadisə
23 Avqust , 2017 17:14
Bakıda yaşayış binasında yanğın olub, birinci və ikinci mərtəbələrə ziyan dəyib - YENİLƏNİB - FOTO
Report.az

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, məişət tullantılarının alovlanması nəticəsində yaşayış binasına da ziyan dəyib. Binanın birinci və ikinci mərtəbəsinin bir hissəsi yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.


*** 16:14

Bakı. 23 avqust. REPORT.AZ/ Nərimanov rayonu ərazisində yanğın baş verib.

Fövqəladə Hallah Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov "Report"a açıqlamasında bildirib ki, Ayna Sultanova heykəlinin yaxınlığında binanın həyətində taxta hasar yanır: "Yəni yanan bina deyil. Həmin əraziyə bir ədəd yanğın söndürən maşın göndərilib. Yanğının qarşısını almaq üçün tədbir görülür".

Son xəbərlər

Orphus sistemi