FHN Masallıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

FHN Masallıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 İyun , 2017 09:20
FHN Masallıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb
Report

Bakı. 29 iyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:30-da başa çatıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi