Gəncə şəhərinin Kəpəz rayonunda LUKOİL yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***12:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.