FHN əməkdaşlarının vaksinasiyasının ikinci mərhələsi başlayıb

FHN əməkdaşlarının vaksinasiyasının ikinci mərhələsi başlayıb Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaksinasiyasının ikinci mərhələsinə başlanılıb
Hadisə
31 Mart , 2021 13:02
FHN əməkdaşlarının vaksinasiyasının ikinci mərhələsi başlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.

Bu barədə FHN-in Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”un sorğusuna cavab olaraq bildirib.

O deyib ki, bir neçə gündür vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

G.Mehdiyevanın sözlərinə görə, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan FHN əməkdaşları zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Qeyd edək ki, FHN əməkdaşları koronavirus infeksiyasına qarşı vaksinasiyasının birinci mərhələsinə fevralın 25-də başlamışdı.

Son xəbərlər

Orphus sistemi