FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb

FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb Bakının Binəqədi rayonunda baş verən yanğına 15 texnika cəlb olunub.
Hadisə
23 Noyabr , 2023 22:07
FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb

Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.

Yanğının söndürülməsinə 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

"Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır", - R.Nəsirov deyib.

Son xəbərlər

Orphus sistemi