FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib - YENİLƏNİB

FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək.
Hadisə
29 Mart , 2023 17:58
FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in DYMX-nin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə FHN-in 10 ədəd texnikası və 60 nəfərdən çox şəxsi heyəti cəlb olunub.

12.20

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək.

Bu barədə "Report"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:00 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən paytaxtın Səbail rayonu ərazisində yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim baş tutacaq.

Təlimə nazirliyin DYMX-nin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi