Kooperasiya Universitetində baş verən yanğında 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib - YENİLƏNİB - 1

Kooperasiya Universitetində baş verən yanğında 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib - YENİLƏNİB - 1 Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar
Hadisə
22 İyul , 2017 16:35
Kooperasiya Universitetində baş verən yanğında 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib - YENİLƏNİB - 1
Report.az

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Kooperasiya Universitetində baş verən yanğında imtahanın gedişinə nəzaərt edən 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib.

"Report" xəbər verir ki, məlumartı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.  

Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulan içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb. 

Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.  

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


*** 14:29

Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın söndürülüb.

"Report"un məlumatına görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. 


*** 12:59

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın barədə məlumat yayıb. 

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. 

FHN-dən bildirilib ki, hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. 

Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi