Kəmaləddin Heydərov: "FHN-in 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb"

Kəmaləddin Heydərov: "FHN-in 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb" FHN əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub
Hadisə
16 Dekabr , 2014 16:19
Kəmaləddin Heydərov: FHN-in 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb. "Report"un məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, 16 əməkdaş xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbiri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib.

K.Heydərovun sözlərinə görə, nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində FHN əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Son xəbərlər

Orphus sistemi