Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılır

Hadisə
  • 22 fevral, 2018
  • 14:34
Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılır

Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 22-də "Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncam Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır.

Sərəncamla fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilir.

Qeyd edək ki, fəxri adlara görə aylıq təqaüdlərin məbləği bundan əvvəl, müvafiq olaraq, 100 və 60 manat olub.