Evindən 67 min manatlıq oğurluq edilən tanınmış idmançı məhkəməyə gəlməyib

Hadisə
  • 17 oktyabr, 2018
  • 07:36
Evindən 67 min manatlıq oğurluq edilən tanınmış idmançı məhkəməyə gəlməyib

Bakı. 17 oktyabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş F.Əzizovanın məhkəməyə gəlmədiyi elan olunub.

Növbəti prosesdə təqsirləndirilən N.Fərəcovanın söz söz deməsi və məhkəmənin hökmü elan etməsi gözlənilir.

Proses oktyabrın 17-dək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 

44 - Tezliklə