​Əvəz Zeynallı azadlığa buraxılıb

​Əvəz Zeynallı azadlığa buraxılıb O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi
Hadisə
30 Dekabr , 2014 11:10
​Əvəz Zeynallı azadlığa buraxılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı şamil olunan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı azadlığa buraxılıb. “Report”un xəbərinə görə, Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısında onu qohumları ilə yanaşı, dostları və jurnalistlər qarşılayıb.

Ə.Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi