Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsi başlayıb

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsi başlayıb Hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub
Hadisə
20 Oktyabr , 2015 12:21
Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının məhkəməsi başlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarını əsas gətirərək məhkəmədən vaxt istəyiblər.

Növbəti proses noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi