Evdə yanğın olub, ailənin qızı üçün topladığı cehizləri yanıb

Hadisə
  • 26 avqust, 2020
  • 05:14
Evdə yanğın olub, ailənin qızı üçün topladığı cehizləri yanıb

Biləsuvar rayonunda yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində Xankişiyev Saleh Məhəmməd oğluna məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində ailənin qızı üçün topladığı cehizləri də yanıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə