“Emin 444”ü qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib

“Emin 444”ü qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlində təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hadisə
8 Oktyabr , 2021 16:24
“Emin 444”ü qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib
“Emin 444” kimi tanınan Emin Səfərov

Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlində təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Həsən Tağıyev verilən ittihamla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. Z. Yusifov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi