Şamaxıda əmi oğlanlarını öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
- 04 fevral, 2019
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda bir nəfəri güllələməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirləndirilən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 7-də Şamaxı şəhəri, Axundov küçəsində qeydə alınıb. Şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri - Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb, onların barəsində qəsdən adamöldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.