"Embawood"un əməkdaşı qətlə yetirilib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

"Embawood"un əməkdaşı qətlə yetirilib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 Dekabr , 2017 17:06
Embawoodun əməkdaşı qətlə yetirilib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Ağstafa. 29 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda Gəncə sakininin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Xətai kəndində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyev bıçaqlanaraq öldürülüb. 

Belə ki, meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarəti olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edildiyi yerdən, təxminən, 1,5 kilometr kənarda yandırılıb. Kənd sakinlərinin dediyinə görə, qətlə yetirilən şəxs "Embawood" firmasında çalışırmış.

Hadisəni törədən şəxs və ya şəxslər qətli törətdikdən sonra ərazidən uzaqlaşmazdan əvvəl avtomobilin içərisində olan malları götürüb daha sonra maşını yandırıblar.

Qeyd edək ki, hadisə törədilən ərazi kəndin əkin sahələrinə yaxın olub və yaxınlıqda yaşayış yoxdur.

Hazırda hadisə ilə bağlı Ağstafa Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


***14:08

Ağstafa. 29 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda qətlə yetirilən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, qətlə yetirilən şəxs Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevdir. Onun hansı səbəbdən və kim tərəfindən ölıdürüldüyü hələlik məlum deyil. Meyit muayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.


***13:21

Ağstafa. 29 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda qətl hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xətai kəndi ərazisndə qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçaqlnaraq qətlə yetirilib. Onun meyiti yolun kənarında yerli sakinlər tərəfindən aşkarlanıb.

Ölən şəxsə məxsus olduğu deyilən "VAZ-2104" markalı avtomobil meyitin aşkar edildiyi yerdən, təxminən, 1,5 kilometr kənarda yandırılıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi