Elgiz Qəhrəmanın cəzası azaldılıb

Hadisə
  • 29 noyabr, 2017
  • 12:09
Elgiz Qəhrəmanın cəzası azaldılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Nidanın üzvü Elgiz Qəhrəmanın hökmündən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, E.Qəhrəmanın cəzası 3 ilə endirilib.

Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib.

Bundan sonra o, barəsində bəraət hökmünün çıxarılması barədə Ali Məhkəməyə müraciət edib.