"Əhmədli" metrostansiyası yaxınlığında qadını avtomobil vurub

"Əhmədli" metrostansiyası yaxınlığında qadını avtomobil vurub Hadisə Xətai rayonu ərazisində baş verib
Hadisə
9 Sentyabr , 2017 06:58
Əhmədli metrostansiyası yaxınlığında qadını avtomobil vurub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Hüseynova Şəmsiyyə Ağahüseyn qızını minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə Respublika Neyrocәrrahiyә Xәstәxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi