“Əhmədli” dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 19 oktyabr, 2018
  • 08:02
“Əhmədli” dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən şəxs cinayət başında yaxalanıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 18-də saat 19 radələrində Bakı şəhər sakini Bayramalı Mirzəyev “Əhmədli” dəmir yolu stansiyasının ərazisindən 60 ədəd taxta şpal, 30 ədəd metal şpal altlığını, 60 ədəd şpal birləşdiricisini, 4 ədəd rels bağlayıcısını və digər əşyaları avtomobilə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.