Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı icra edilib.
Bu barədə “Report”a Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, əfv sərəncamının şamil olunduğu 176 məhkum Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrindən azadlığa buraxılıb.
Qeyd edək ki, Prezident
Sərəncam dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.