Fikrət Məmmədov: “Notariuslar şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər”

Fikrət Məmmədov: “Notariuslar şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər” “Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb”.
Hadisə
22 Noyabr , 2021 05:24
Fikrət Məmmədov: “Notariuslar şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər”

“Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb”.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində bildirib.

F.Məmmədov qeyd edib ki, nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Təkcə bu il ərzində həmin elektron resursdan istifadələrin sayı 4 milyonu keçib:

“Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər. Bu yeni olan sistemin artıq iki yüz mindən çox istifadəçisi vardır.

Ədliyyənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Məsələn, əhali barədə müxtəlif məlumatları əks etdirən nazirliyin elektron bazalarından əmək və sosial müdafiə orqanlarına, müxtəlif lisenziyaların alınması üçün İqtisadiyyat nazirliyinə müraciətlər zamanı səmərəli istifadə olunur, bir çox sənədlər onlayn qaydada əldə edilir”.

Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır: “Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə analoji xidmətlər banklarda da yaradılıb.

Onu da qeyd edim ki, dövlətimizin başçısı və birinci xanımın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi barədə çağırışlarına qoşulan və tam əksəriyyəti xüsusi olan notariuslar yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.

Bununla yanaşı, nazirlik tərəfindən bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələri əhatə edən xüsusi portal hazırlanıb. Həmin portalın imkanlarından istifadə etməklə bələdiyyələrə metodoloji yardımın keyfiyyəti və onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyi xeyli artırılıb”.

Son xəbərlər

Orphus sistemi