Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- 01 noyabr, 2019
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, oktyabr ayının 30-da törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.