"Jotun" boyalarının Azərbaycandakı distribüteri 10 min manat cərimələnib
Hadisə
- 12 dekabr, 2019
- 12:01
“Dübəndi” firmasının reklam haqqında qanunvericiliyin pozulmasına görə 10 min manat cərimə edilib.
"Report"un xəbərinə görə, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
1995-ci ildə yaradılan "Dübəndi" firması 1998-ci ildən Norveçin "Jotun" boyalarının Azərbaycana idxalı ilə məşğuldur. 2002-ci ildən "Jotun" boyalarının Azərbaycan üzrə eksklüziv distribüteri olan şirkət topdan və pərakəndə satış ilə yanaşı, digər xidmətləri də göstərir.
Son xəbərlər
16:55
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Energetika16:42
ABŞ İranın blokadasının bərpasından bəri 92 gəminin istiqamətini dəyişdirib
Digər ölkələr16:28
Luis Enrikenin yeni müqaviləyə əsasən bir mövsümdəki qazancı bəlli olub
Futbol16:28
Abdullahi: ABŞ məğlubiyyətini iqtisadi təzyiqlə kompensasiya etməyə çalışır
Region16:22
Zelenski Uitkoff və Kuşnerlə görüşdən sonra Avropa liderləri ilə müzakirə aparacaq
Digər ölkələr16:17
"Reuters": "Avropa üçlüyü"nün milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gəliblər
Digər ölkələr16:01
Qətərin Baş naziri sabah Çinə səfər edəcək
Digər ölkələr15:49
Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq
Ekologiya15:41