DTX və DİN vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

Hadisə
  • 16 iyun, 2017
  • 08:11
DTX və DİN vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

Bakı. 16 iyun. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.

Belə ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.