DTX Ağdamda gənc nəslin maarifləndirilməsi üçün konfrans keçirib - FOTO - VİDEO
DTX Ağdamda gənc nəslin maarifləndirilməsi üçün konfrans keçirib - FOTO - VİDEOAğdam rayonunun Quzanlı qəsəbəsində Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti və Terrorla mübarizədə gənc nəslin maarifləndirilməsi mövzularında konfrans keçirilib.
Ağdam rayonunun Quzanlı qəsəbəsində "Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti" və "Terrorla mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzularında konfrans keçirilib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Heydər Əliyev mərkəzində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən konfransda terrorçulara bağlı dünyada baş verən tendensiyalar terrorçuların istifadə etdiyi üsullar və vasitələr haqqında ətraflı məlumat verilib. Çıxışlarda cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. İcra strukturlarının, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə telefon danışıqlarında və sosial şəbəkələrdə istifadə zamanı diqqətli olmaq tanımadığı şəxslərə ünsiyyət zamanı hərbi xarakterli məlumatların müzakirə edilməsinin yolverilməzliyi tövsiyə olunub.