Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsində yerləşən xüsusi məktəbində qeydiyyat zamanı sıxlıq yaranıb.
Valideynlərdən birinin “Report”a verdiyi məlumata görə, məktəbdə imtahana giriş vərəqəsinin verilməsində ləngimə olub. Buna görə də sıxlıq yaranıb, bir neçə şəxsin halı pisləşib.

