DSX azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb

DSX azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb İşğaldan asaz edilmiş ərazilərdə 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Hadisə
3 Fevral , 2022 13:28
DSX azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb

Dövlət Sərhəd Xidməti (DSX) işğaldan asaz edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb.

"Report"un xəbərinə görə, DSX-nin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, azad edilmiş ərazilərdə 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

Nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi