DSMF-nin rayon şöbəsinin bir qrup əməkdaşı barəsində cinayət işi başlanıb

DSMF-nin rayon şöbəsinin bir qrup əməkdaşı barəsində cinayət işi başlanıb Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
23 Fevral , 2016 15:55
DSMF-nin rayon şöbəsinin bir qrup əməkdaşı barəsində cinayət işi başlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi