İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət intizamının pozulmasına görə, “Dokta” MMC əczaçılıq şirkəti barəsində inzibati protokol tərtib edib.
“Report” xəbər verir ki, protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulub.
Xatırladaq ki, “Dokta” MMC-nin apteklər şəbəkəsi fəaliyyət göstərir.