Dövlət Komitəsi: "Nərmin Quliyevanın ailəsi ilə müvafiq işlər aparılacaq"

Dövlət Komitəsi: "Nərmin Quliyevanın ailəsi ilə müvafiq işlər aparılacaq" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndələri Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın ailəsinə baş çəkib.
Hadisə
8 Yanvar , 2020 21:13
Dövlət Komitəsi: Nərmin Quliyevanın ailəsi ilə müvafiq işlər aparılacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndələri Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın ailəsinə baş çəkib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Komitə nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun Dondar Quşçu kəndində yanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər.

"Ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılaraq, ailə sosial-psixoloji baxımdan qiymətləndirilib. Ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaq. Uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək", deyə məlumatda bildirilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin üzərində yanıq xəsarətləri olub.

Son xəbərlər

Orphus sistemi