Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşüb
Hadisə
- 13 fevral, 2016
- 07:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib.
Belə ki, İran vətəndaşı Ruhi Tahir oğlunun idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus “Wolksvagen” markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobilə ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Son xəbərlər
17:10
MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur
İKT17:10
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
Futbol17:06
Foto
Gəncədə ilk dəfə voleybol festivalı keçirilib
İdman17:04
Foto
Azərbaycan yenidən ITSO-nun Məşvərət Komitəsində təmsil olunacaq
İKT16:57
Zelenski ukraynalı danışıqçıların ABŞ-yə səfər anonsunu verib
Digər ölkələr16:54
Endi Börnhem Böyük Britaniya-Aİ sammitinin ölkəni Avropaya yaxınlaşdıracağına ümid edir
Digər ölkələr16:52
Laos millisinin futbolçusu danışılmış oyunlarda iştirak şübhəsi ilə saxlanılıb
Futbol16:46
MMX hüquq-mühafizə orqanlarına ötürülən məlumatların sayını 30 % artırıb
Maliyyə16:45
Foto