Dövlət Gömrük Komitəsinin əməkdaşı müəmmalı şəkildə ağır xəsarət alıb

Dövlət Gömrük Komitəsinin əməkdaşı müəmmalı şəkildə ağır xəsarət alıb Hadisənin dəqiq səbəbləri araşdırıldıqdan sonra məlum olacaq
Hadisə
6 Dekabr , 2016 14:49
Dövlət Gömrük Komitəsinin əməkdaşı müəmmalı şəkildə ağır xəsarət alıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakı sakini müəmmalı şəkildə ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ev 22-də qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cabbarov Vüsal Müseyb oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

V.Cabbarov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına bildirib ki, idman edərkən yıxılıb, nəticədə onun bədənin bir neçə nahiyəsinə şifer parçası girib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

RPİ-nin əməkdaşları yaralının dediklərini fakt kimi qiymətləndirmir. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, V.Cabbarov Dövlət Gömrük Komitəsində gözətçi vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi