Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Zaqatala. 26 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin şəxsiyyəti müəyyənləşib.
Hadisə
26 Oktyabr , 2018 19:31
Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Zaqatala. 26 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin şəxsiyyəti müəyyənləşib. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Mənsur Əlizadə oğlu Ağayevin idarə etdiyi Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "Mitsubishi" markalı avtomobil Zaqatala rayonunun Göyəm kənd sakini Zaur Cəbrayıl oğlu Borayevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillə toqquşub. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların hazırda həkim nəzarəti altında olduğu bildirilir. 

Qeyd edək ki, hadisə bu gün gönorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.


*** 14:35

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

"Report"un xəbərinə görə, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi