Yuxarı

DİN Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Hadisə zamanı ölən və yaralananların adları dəqiqləşdirilib

Bakı. 9 sentyabr.REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. Report-un xəbərinə görə, rəsmi məlumatda bildirilib ki, sentyabrın 8-də saat 7 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşıb və 5-ci mərtəbəyədək tikilib) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi