DİN tanınmış xanəndələrin qohumunun qəzada ölümü ilə bağlı məlumat yayıb
- 25 sentyabr, 2019
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 24-də Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ 2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.