DİN Sumqayıtdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə
  • 04 noyabr, 2019
  • 09:11
DİN Sumqayıtdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində ötən gün iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub.

Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.