DİN Qubada əmisi oğlunun arvadını qaçıran kişinin öldürülməsi barədə rəsmi məlumat yayıb

Hadisə
  • 22 oktyabr, 2018
  • 07:43
DİN Qubada əmisi oğlunun arvadını qaçıran kişinin öldürülməsi barədə rəsmi məlumat yayıb

Bakı. 22 oktyabr.REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

DİN-in mətbuatxidmətindən “Report”a bildirilib ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinərayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşlarıtərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmingün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-dəhəmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindənyaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisəyerində ölüb.

Polis vəprokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirlərinəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxssaxlanılıb.

Faktla bağlıCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayətişi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.