Yuxarı
    Bağlamaq

    DİN polisin döyülməsi ilə bağlı açıqlama yayıb

    Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır

    Bakı. 20 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Şəki şəhərində polis serjantının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb.

    “Report” DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 19-da saat 20 radələrində Şəki şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Akif Zamanovu döyərkən yaxınlıqda olan Şəki Rayon Şəhər Polis Şöbəsi (ŞRPŞ) Post-Patrul Xidməti Tağımının əməkdaşı, polis serjantı Famil Səmədov (xidmətdən kənar vaxtı) özünü təqdim edərək onları intizama dəvət edib, lakin həmin şəxslər tabeçilik göstərməyib F.Səmədova fiziki zor tətbiq ediblər.

    F.Səmədov xəstəxanaya yerləşdirilib.

    Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Baqiyev və Fuad Babayev tutulub, əvvəllər məhkum olunmuş Natiq Rəhimov müəyyən edilib.

    V.Baqiyevin və F.Babayevin orta dərəcəli sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

    Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi