DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4-ü yaralanıb

DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4-ü yaralanıb Daxili İşlər Nazirliyi (DİN) avqust ayının 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
31 Avqust , 2019 11:10
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4-ü yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) avqust ayının 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində

Axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi