DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb
- 10 sentyabr, 2019
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 9-da ölkədə törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalıb 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.